Çin Rusiyanın məğlubiyyətində maraqlı deyil | VİDEO

   Çin Rusiyanın məğlubiyyətində maraqlı deyil    | VİDEO
  04 İyul 2025    Oxunub:876
Pekin Rusiyanın Ukraynaya qarşı müharibədə uduzmasına imkan verə bilməz.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “South China Morning Post” nəşrinin yazdığına görə, Çinin Xarici İşlər naziri Van İ Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa belə deyib. Çünki Çin bundan sonra ABŞ-nin bütün diqqətini Pekinə yönəldəcəyindən qorxur.

“Çinin Xarici İşlər nazirliyi mütəmadi olaraq Pekinin Rusiya-Ukrayna müharibəsində “tərəf olmadığını” bəyan edir. Ona görə də, bəzi Avropa rəsmiləri Van İnin belə açıq-aşkar bəyanatından təəccübləniblər”, - qəzet vurğulayır.

Eyni zamanda, Van İ Çinin Rusiyaya maddi və ya hərbi dəstək verməsi ilə bağlı ittihamları rədd edib. Nazirin sözlərinə görə, Pekin həqiqətən də Moskvaya kömək etsəydi, müharibə “çoxdan bitərdi”.

Mənbələr bildirblər ki, Brüsseldə dörd saat davam edən görüşdə Van İ bir neçə dəfə Kaya Kallasın sözünü kəsərək ona “tarix dərsləri” mövzusunda mühazirə oxuyub.

Bəzi Aİ rəsmilərinin fikrincə, Van İ Kallasa “real siyasət dərsi” keçib ki, bunun da bir səbəbi Pekinin Vaşinqtonun tezliklə bütün diqqətini şərqə yönəldəcəyinə inamıdır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin     dərs  



Xəbər lenti